Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Asiyanın fələstinlilərə humanitar yardım aparan karvanı Qəzzəyə daxil oldu.
Bir neçə həftə bundan qabaqdan Qəzzə əhalisinə humanitar yardım çatdırmaq məqsədi ilə bu məntəqəyə doğtu yola düşmüş karvan nəhayət bölgəyə daxil oldu.
Karvana Asiyadan müxtəlif ölkələrin sülhsevər nümayəndələri daxildir.
Asiyadan 15 ölkənin sülhsevər nümayəndəsinin qatıldığı karvan Hindistanın paytaxtı Yeni Dehli şəhərindən yola düşərək Pakistan, İran, Türkiyə və Livan ölkələrindən keçdikdən sonra Suriyanın Laziqiyyə limanına , oradan isə Misirə yollandı.
Bu həmrəylik karvanı nəzərdə tutulmuş proqrama uyğun olaraq Dekabrın 28-də Qəzzəyə daxil olmalı idi. Lakin Misir rəsmilərinin maneçilik törətməsi və pozuculuqlar yaratması bu məsələnin reallaşmasına imkan vermədi.
Qeyd edək ki, Misir hökuməti Asiya Karvanına qarşı törədilən pozuculuqların davamında, sözü gedən karvandan 12 min dollar alıb.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.