Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu ölkə televiziyasının birinci kanalı ilə müsahibədə deyib ki, Türkiyə regiondan meydana çıxan böhranlara görə hamıdan artıq əziyyətə düşür.
Bu səbəbdən onun İran məsələsinə fəal rol oynamaması təbii qarşılanmalıdır.
İranın nüvə məsələsinə münasibətdə Türkiyənin sərgilədiyi mövqeyinə gəlincə Davudoğlu bildirib ki, Türkiyə İran barədə prinsipial və konstruktiv siyasət yürüdür.
O sonra deyib: Türkiyədən yalnız müşahidəçi qismində qalmasını gözləmək absurd fikirdir.
Əhməd Davudoğlu Sionist rejimin irqçi planları barədə isə deyib: İsrail öz əməlləri ilə Yaxın Şərqdə sülh prosesini pozur.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır