Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İ.İ.R-sı prezitentinin baş müavini cənab Rəhimi İraqın baş naziri Nuri Əl-Maliki cənabları ilə telefon bağlantısında Nuri Əl-Malikinin kabinetinin ölkə parlamentində səs çoxluğunu qazanması ilə yenidən iş başına gəlmələrini təbrik edərək bildirdi: İran İslam Dövləti və milləti yenidən sizin dövlət kabinetinizin təşkil taparaq iş başına gəlməsindən çox şaddır.
Cənab Rəhimi Nuri Əl-Maliki və onun təşkil etdiyi dövlət kabinetinə İraqda sbitlik və əmniyyəti bərqarar etməklə yanaşı bu ölkənin iqtisadi problemlərini tezliklə Allahın kömkliyi və İraq millətinin birliyi sayəsində həll etməkdə uğurlar dilədi.
Cənab Nuri Əl-Maliki də öz növbəsində İran İslam Dövləti və millətindən səmimi təşəkkürünü bildirərək iki ölkənin əlaqələrinin dahada güclənməsini və iki dqardaş dövlətin əl-ələ verərək İraq və İran millətlərinin rifah və əmniyyətinin yaxşılaşmasında birgə addım atmasını istədi.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır