20 dekabr 2010 - 20:30

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran Parlamenti – İslam Şura Məclisinin 7 üzvü blokada vəziyyətində qalan Qəzzə əhalisinə yardım aparan Asiya Karvanına qoşularaq ötən axşam Suriyanın paytaxtı Dəməşqə daxil olub.

İranlı deputatlar cümə axşamı günü həmin karvanın tərkibində Suriyadan Misirə tərəf yola düşəcəklər. Qəzzədə mühasirədə qalan əhaliyə Asiyadan yardım marşrutu ilə Qəzzəyə ezam olunacaq.

Sionist rejim tərəfindən mühasirəyə alınmış Qəzzə əhalisinə yardım min ton tibbi ləvazimat, ərzaq və uşaq oyuncaqlarından təşkil olunub. Yardımlar İran İslam Respublikası, Hindistan, Pakistan, İndoneziya, Malayziya, Türkiyə və digər Asiya ölkələrində fəaliyyət göstərən xeyiryyə müəssisələri tərəfindən hədiyyə edilib.

Qəzzə əhalisinə yardım aparan Asiya Karvanı dekabrın 27-də sionist rejimin Qəzzəyə hücumunun ildönümündə bu ölkəyə daxil olacaq.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.