11 dekabr 2010 - 20:30

Daim informasiya çatdırma və auditoriyaya diqqət yetirməkdə özlərini öncül hesab edən Az. R. telekanalları bu ölkə xalqının hicaba dəstək aksiyalarını əks etdirmir. Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Dünən cümə günü dekabrın 10-da Az. R-nın Təhsil Nazirliyi binasının önündə bu ölkə xalqının hicaba qarşı qeyri-qanuni qadağaya etiraz olaraq aksiya keçirdikləri bir halda Az. R. telekanalları heç biri xalqın diqqət yetirdiyi bu hadisəni əks etdirməyib. Az. R. telekanallarının əksəriyyəti aksiya səhnələrinə müxbir göndərməkdən çəkindilər. Telekanlların biri isə müxbirinin hadisə yerində olmasına rəğmən, xalqın etiraz aksiyası xəbəri və kadrlarını yayımlamaqdan çəkindi.

Məhərrəm ayı ilə eyni zamanda Eurovision bayağı musiqi müsaqibəsinin keçirilməsi və bir qrup müğəninin bu müsabiqədə iştirak etməsi Az. R. telekanallarının əksəriyyətinin cümə günü üzdəniraq ən mühüm xəbəri idi.

 

Az. R. xalqından təqribən iki min nəfər dünən cümə günün bu ölkənin Təhsil Nazirliyi önündə toplaşaraq hicaba qarşı qeyri-qanuni qadağaların həyata keçirilməsini pisləyiblər.

 

Az. R-nın polis və təhlükəsizlik qüvvələri göz yaşardıcı qaz və dəyənəkdən istifadə edərək onlarla nəfəri döyüb, bu etiraz aksiyasını dağıdıblar.

 

Aksiya iştirakçıları “Hicab bir dini fərizədir” , “Allahu Əkbər” , “ Hicaba azadlıq” , “Hicablılar da təhsil haqqına malikdirlər” və “Hicab bizim namusumuzdur” şüarı verərək hicablı qadınlar və məktəblilərə qarşı qeyri-qanuni qadağaların ləğv edilməsini istəyiblər.

 

Az. R. xalqının bu geniş etiraz aksiyaı, bu ölkənin təhsil nazir Misir Mərdanovun fitva sayağı və Az. R-nin konstitusiyasında hicabın qadağan olmamasına diqqət etmədən orta məktəblilər tərəfindən hicabın istifadəsinin qeyri-adi olması üzrə sözlərinin söylənilməsindən bir gün sonra həyata keçirildi.

 

Az. R-nin DİN-i də bir bəyanat yayaraq bu ölkə polisinin hicabı himayə edən aksiyaçılara qarşı aqressivliyini ört-basdır etməyə çalışdı.

 

Bu bəyanatda aksiya iştirakçılarının dəyənək və gözyaşardıcı qazla repressiyaya məruz edilməsinə işarə edilmədən bildirib: Aksiya iştirakçılarından 11 nəfər əlaqədar məhkəmə orqanlarına göndərilib.

 

Az. R-nın DİN-nin bəyanatı elə bir haldadır ki, hadisə şahidləri həbs edilənlərin sayının təqribən 100 nəfər olduğunu bildirirlər.

 

Bu hadisələrin hamısı elə bir halda baş verir ki, Az. R. xalqının 98 faizini müsəlmanlar təşkil edir.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.