2 noyabr 2010 - 20:30

Bosniya-Herseqovinada bir həftədir davam edən şiddətli yağışlar səbəbi ilə Sarayevo, Qorajde və Mostarda çayların daşması nəticəsində bəzi evlər və əkin əraziləri sular altında qalıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bosniya-Herseqovinada bir həftədir davam edən şiddətli yağışlar səbəbi ilə Sarayevo, Qorajde və Mostarda çayların daşması nəticəsində bəzi evlər və əkin əraziləri sular altında qalıb.

Ölkə ərazisində sel səbəbi ilə evləri çay kənarlarında yerləşən əhali daha təhlükəsiz bölgələrə daşınır.

Paytaxt Sarayevoda Jeleznitsa çayının daşması nəticəsində Osyek rayonunda 100-dən artıq ev sular altında qalıb, Sokoloviç-Kolonya yolu isə bağlanıb.

Bölgədə yaşayan ailələr mülki müdafiə qüvvələri tərəfindən qayıqlarla təxliyə edilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır