16 noyabr 2010 - 20:30

İraqın Rusiyadan aldığı 8 helikopterin sonuncuları artıq ölkəyə gətirilib. Ümumilikdə Bağdad helikopterlərə görə Rusiyaya 156 milyon dollar ödəyib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İraqın Rusiyadan aldığı 8 helikopterin sonuncuları artıq ölkəyə gətirilib. ABŞ ordusunun komandanlığı Bağdadda bu barədə müvafiq məlumat yayıb. Ümumilikdə Bağdad helikopterlərə görə Rusiyaya 156 milyon dollar ödəyib.

Mi-171E helikopterləri Bağdaddan 25 km şimalda yerləşən Ət-Taci bazasına gətiriliblər.

«Rusiya istehsalı olan helikopterlər müxtəlif vəzifələrin həyata keçirilməsi, o cümlədən, terrorçuluqla mübarizə, hava daşımaları və kəşfiyyat üçün istifadə olunacaqlar», deyə komandanlıq qeyd edib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır