Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yerevanda minlərlə müxalifətçi Sarkisyan rəhbərliyini etiraz ediblər. Onlar siyasi məhbusların azadlığa buraxılmasını istəyiblər. Şəhər meydanında toplaşan müxaliflər, prezident Serj Sarkisyanı demokratiya, insan haqqları və söz azadlığını öldürməkdə ittiham ediblər.
Topluma səslənən müxalifət lideri Levon Ter Petrosyan, beynəlxalq cəmiyyəti Sarkisyanın anti-demokratik siyasətlərinə göz yummaqda tənqid edib. O bildirib ki, "biz Ermənistanda təkcə hökumətin özbaşnalığı deyil, həmdə vəzifəsini yerinə yetirməyən beynəlxalq təşkilatlarlada mübarizə edirik."
2008-ci ildə Serj Sarkisyanın qələbə qazandığı seçkilərdə saxtakarlıq olduğunu iddia edən müxalifət ilə polis arasında qarşıdurmalar yaşanmışdı. Hadisələr nəticəsində ikisi polis 10 nəfər həyatını itirmişdi. 250 nəfər isə yaralanmışdı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır