9 noyabr 2010 - 20:30

Bu gün 3 milyard manatdan çox hərbi büdcəsi olan Azərbaycan, özünü Qarabağ müharibəsi üçün hazırlayır

Əhli Beyt -ABNA- xəbər agentliyi "The Wall Street" jurnalına istinadən, "Avoiding the Next War in the South Caucasus" yazının müəllif Borut Qrijiç Avropa Birliyi ölkələrinə xəbərdarlıq edib.

O, yazısında bildirir ki, bir çox Avropa ölkələri büdcədəki kəsirləri tarazlamaq və borclarını azaltmaq üçün müdafiə xərclərini azaltdığı bir vaxtda, qitədə tam əksinə hadisələr cərəyan edir. Həm Azərbaycan, həm də Ermənistan hərbi xərclələrini bir neçə ildir get-gedə artırırlar. Bu iki ölkə Dağlıq Qarabağda donmuş qarşıdurmanı həll etmək istəyirlər. Avropanın digər ölkələri bu məsələni ciddi qəbul etməsələr, bölgədə son dərəcə dəhşətli müharibə başalaya bilər.

Dağlıq-Qarabağ Azərbaycana aid bir bölgədir, ancaq 1993-cü ildə Ermənistanla müharibədən sonra Bakı Dağlıq Qarabağın idarəsini itirdi. Dağlıq Qarabağın xaricində, erməni ordusu yeddi bölgəni də işğal edib. Hidrokarbon ehtiyatları baxımından zəngin olan və Qərb enerji şirkətlərinin sərmayə mənbəyinə çevrilən Azərbaycan, mövcud vəziyyətdən çıxış yolu axtarır. Rəsmi Bakının gedərək səbri tükənir. Ölkədə bir milyondan çox qaçqın var. Minsk Qrupu həmsədrlərinin fəaliyyəti isə qənaətbəxş deyil.

AVROPA BİRLİYİ SUSUR

Əvvəlki illərə nisbətən özünə daha çox güvənən və 3 milyard manatdan çox hərbi büdcəsi olan Azərbaycan, indi Dağlıq Qarabağın xilası üçün müharibənin pis bir fikir olmadığına inanır. Avropa Birliyi isə Azərbaycanın əldə etdiyi özünə inama və nə də bölgədə gedərək qızışan gərginliyə qarşı addım atmır. Bunun kökündə Avropa Birliyinin Cənubi Qafqazda təhlükəsizlik üçün məsuliyyətdən kənar dayanmasıdır. Bir çox Avropa ölkələri Cənubi Qafqaz dövlətləriylə təhlükəsizlik əlaqələri yaratmaqdansa, Moskvayla rahat və isti bir əlaqəyə üstünlük verir.

2008-ci ildə Brüssel Gürcüstan prezidenti Mixail Saakaşvilinin xəbərdarlıqlarını nəzərə almadı. Rusiya Gürcüstandan ayrılan Abxazya və Cənubi Osetiya bölgələrinin müstəqilliyini tanıdı. İki ölkə arasında müharibə başladı. Avropa buna cavab vermək üçün çox səy göstərdi. Amma fayda vermədi. Avropa Saakaşvili ilə təhlükəsizlik və inteqrasiya mövzularında əməkdaşlığı rədd etmişdi.  Avropalı rəsmilər Amerika tərəfdarı olan Saakaşviliyə dəstək verməkdən çəkinirdilər. Onlar Gürcüstanla əlaqələri gücləndirməyi Moskvaya xəyanət sayırdılar.

ƏLİYEVİN MESAJI DƏQİQDİR

Yenə də, Saakaşvilinin Buxarestdə NATO zirvəsində Avropaya verdiyi mesaj əhəmiyyətli idi: "Cənub Qafqazın donmuş ixtilafları həll edilməyincə bölgədə sabitlik təmin edilməyəcək. Avropa, özünün parçası olan və qitəni Xəzər neftiylə təbii qazına bağlayan böyük enerji boru xəttlərinin keçdiyi bir bölgənin təhlükəsizlik həqiqətlərini tanımaq məcburiyyətindədir.

Bu çıxışından iki il keçməsinə baxmayaraq, Avropa Saakaşvilinin mesajını hələ də qəbu letməyib. Bu gün Azərbaycan prezidenti İlham Əliyev də avropalılara eyni siqnalı göndərir: "Siz bölgədə təhlükəsizlik mövzusunda üzərinizə düşəni boynunuza götürün ki, biz də özümüzü bu qədər yüksək hərbi xərclər etməyə məcbur etməyək."

MÜHARİBƏ AVROPA BİRLİYİNƏ DƏ TƏSİR EDƏCƏK

Avropa Birliyinin qitədəki digər ölkələrin təhlükəsizliyi üçün bu vəziyyətin dəyişməsi lazımdır. Avropa Birliyi ökələri təcili olaraq Cənubi Qafqazdakı təhlükəsizlik meyllərini və Azərbaycanın xəbərdarlığını ciddi qəbul etməlidir. Avropanın müdaxiləsi bölgədəki gərginliyi azalda bilər. Ermənistan və Azərbaycanı yenidən müzakirə masasına gətirə bilər. Brüssel müvəffəq olmasa və Qafqazda yeni bir müharibə başlasa, Avropa Birliyinin təhlükəsizliyi ciddi təhlükədə olacaq. Azərbaycanla Ermənistan arasındakı bir qarşıdurma yalnız Avropanın cənub enerji koridorunun məhv edəcək. Bölgədə yeni bir müharibənin başlaması  Avropanın Rusiyayla əlaqələrini indikindən də kompleks hala gətirəcək.

BUDAPEŞT ZİRVƏSİ FÜRSƏTDİR

Mayda Budapeştedə təşkil ediləcək Şərq Ortaqlığı Zirvəsi, Avropanın hər şeydən əvvəl öz mənfəətləri baxımından qaçılmaz bir fürsətdir. Cənubi Qafqazda təhlükəsizlik problemi Avropa üçün ölüm-dirim məsələsidir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır