Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: 2006-cı ildən çıxan həftəlik “Alma” qəzeti noyabrın 6-da nəşrini dayandırıb. Qəzetin bağlanmasına əziz həzrəti Məhəmməd peyğəmbərin (səlləllahu əleyhi və alih) karikaturası ilə dərc edilən şərəfsiz məqalənin ictimaiyyətdə narazılıq doğurması səbəb olub.
İlkin Həsənov qəzetin nəşrini dayandırması üçün ona heç bir təzyiq göstərilmədiyini qeyd edib: “Nəşri dayandırmaq təsisçi olaraq mənim öz qərarımdır. Belə qərara gəldik ki, qəzetin nəşri müvəqqəti dondurulsun və redaksiyanın kollektivini dəyişdirib “Alma”nı yeni bir formatda nəşr edək. Hələlik redaksiyanın nə vaxt formalaşdırılacağı barədə müzakirələr gedir”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır