4 noyabr 2010 - 20:30

Azərbaycan və Türkiyə 40 mm çaplı revolver (barabanlı) tipli qumbaraatanların birgə istehsalını həyata keçirəcək.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bununla bağlı Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Türkiyənin Makina və Kimya Təşkilatı (MKEK) razılığa gəlib.

Azərbaycanın müdafiə sənayesi naziri bildirib ki, barabanlı qumbaraatanlar MKEK texnologiyaları əsasında istehsal ediləcək. Bu qumbaraatanlar üçün Azərbaycanda döyüş sursatlarının istehsalına dair də danışıqlar aparılır.

MKEK şirkətinin baş direktoru Ünal Önsipahioğlu verdiyi açıqlamasında adıçəkilən silahın birgə istehsalına dair razılaşmanın əldə olunduğunu təsdiqləyib. Ü. Önsipahioğlu barabanlı qumbaraatanların hazırda Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olduğunu və yaxın məsafəli döyüşlər üçün nəzərdə tutulduğunu bildirib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır