28 oktyabr 2010 - 20:30

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha bir əsgəri yaralanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev məlumat verib.

Onun sözlərinə görə, hadisə cəbhənin Goranboy rayonu istiqamətində baş verib. Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 1991-ci il təvəllüdlü Rəsul Hacızadə ayağından yaralanıb. Yaralı hospitala yerləşdirilib, vəziyyəti kafidir.

Qeyd edək ki, R. Hacızadə 2009-cu ilin oktyabrında Ağsu rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.

Xatırladaq ki, dünən ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub. O, Salyan rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış 1991-ci il təvəllüdlü Mustafayev Telman Elman oğludur. Onun Qazax rayonunun N saylı hərbi hissəsində xidmət keçərkən düşmən tərəfindən açılan atəş nəticəsində həlak olduğu bildirilib.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır