Əhli Beyt -ABNA– xəbər agentliyi xəbər verir: Pakistan polisi Şiəmənşəli alim və həkimlərin terror edilməsində müttəhim olunan iki şəxsi yaxalamışdır. Onlardan birinin Pakistan məhkəməsində cinayətlə bağlı sabiqəsi də vardır.
Pakistan polis idarəsinin rəisi Fəyyaz Leqari işlə bağlı dedi: “Tutulan iki yaraqlı şəxs “Urəngi” şəhərində polis tərəfindən yaxalanmışdır. Onlardan biri isə Şiəmənşəli alim və həkimləri terror etməklə yanaşı Əhmədi müsəlmanlarınin Məscidinə yürüş edib oradakı müsəlmanları Məscidlə birgə partlatmaq qəsdi olan terrorist briqadasının başçısıdır.”
Leqari sözünün davamında dedi: “Tutulanların adları Nəsim Heydər və Asəf Rəşid, ləqəbləri isə tərtiblə “Firon” və “Dunba” ləqəbindən ibarətdir. Müttəhimlərin terrorçu briqadası olan “Cəngavər ordu” yaraqları ilə rabitədə olmaları artıq polisə sabit olmuşdur.”
Polis müttəhimlərin bir çox günahsız şiələrin qətlində bir başa əllərinin olmasını və o cümlədən Mövlna Ğulam Muhəmməd, Muhəmməd Huseyn, Həkim Nəcmul Həsən, Seyyid Məhtab Huseyn və Şiraz adlı bir şiənin qətlində böyük rol oynadıqlarını bildirdi.
Diqqət: Xəbərdən istifadə edtikdə mənbəyə istinad lazımdır.