Əhl Beyt-ABNA-xəbər agentliyinə verilən xəbərə əsasən Azərbaycanda tanınmış vəkil Aslan İsmayılovun indi ən böyük arzusu və istəklərindən biri də “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” kitabının hər kəs tərəfindən oxunmasına nail olmaqdır. Ona görə yox ki, bu kitabı o yazıb. Ona görə ki, bu kitabdakı bilgilərə sahib olmaq, ondan yararlanmaq, təbliğ etmək dövlətimizin mənafeyi üçün çox zəruridir.
Qeyd edək ki, A.İsmayılov kitabda 1988-ci il Sumqayıt hadisələrinin məhkəmə istintaqı zamanı üzə çıxan ilginc həqiqətləri yazıb. A.İsmayılov həmin cinayət işi üzrə dövlət ittihamçısı olub və heç kinin bilmədiyi tarixi faktları yazmış olduğu kitabda göstərib. Həmçinin, bu hadisələrin arxasında SSRİ DTK-nın dayanmasını sübuta yetirən faktları açıqlayıb.
“Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” kitabı artıq çapdan çıxıb. Maraqlananlar onu A.İsmayılovun özündən əldə edə bilərlər.
Kitabın dərc olunmasından iki aydan artıq vaxt keçir, lakin Aslan İsmayılov ona kifayət qədər diqqət ayrılmamasından gileylənir.
Vəkil deyir ki, hələ 1989-cu ildə bu cinayət işinin məhkəmə istintaqını obyektiv aparmağa ona əngəllər törətmək istəyiblər: “Mən proses iştirakçılarının hamısının bütün hərəkətlərini izləyirdim. İşə müdaxilələr olduğunu görürdüm. Öncədən bilirdim ki, prosesi o cür yekunlaşdıranlar hər şeyi açmağıma maneçilik tör