Əhl Beyt-ABNA-xəbər agentliyinə verilən xəbərə əsasən Türkiyənin Sivas şəhəri yaxınlığında Divriqi kəndinin Ulu Cami məscidində günorta namazına yaxın ibadət edən kişi kölgəsi görünür. Türkiyə KİV-də verilən məlumata əsasən, kölgəni bir saata yaxın fasilədə müşahidə etmək olur. Ulu Cami məscidi Dünya mədəniyyət abidələri siyahısına daxildir. Hazırda yüz minlərlə türkiyəli və xarici turist bu qeyri-adi hadisəni müşahidə etmək üçün Sivasa axışır. Kölgə ilk dəfə 2005-ci ildə bir turistin divardan götürdüyü fotoda qeydə alınıb. Məscid Səlcuqilər dövründə tikilib. Dünyada üçölçülü geometrik üsula yalnız bu məsciddə təsadüf edilir.