Mərhum Əllamə Ayətullah Hacı Seyid Məhəmmədhüseyn Hüseyni Tehrani deyir: “Müfəssəl bir vəsiyyətnamə yazıb zəruri əxlaqi nöqtələri qeyd etmək istəyirdim. Birdən Əmirəlmöminin Əlinin (ə) İmam Həsən-Müctəbaya (ə) ünvanlanmış vəsiyyətnaməsini xatırladım. Anladım ki, bu vəsiyyətnamədən sonra ədəb-əxlaqdan dəm vurmağın xəcalətdən başqa qacancı yoxdur!" İmam Əli (ə) həmin vəsiyyətnamədə oğlu həzrət Həsənə (ə) buyurur: İmam Əli əleyhis-salamın Siffeyndən qayıtdıqdan sonra, Hazirində (Siffeyn bölgəsi yaxınlığında yer adıdır) Həsən ibn Əli əleyhiməs-salama yazdığı vəsiyyətlərindəndir.[69] (Bu vəsiyyətnamə) yoxluq və ölümə yaxın olan, zamanı (onun keçərliyi və çətinliklərini) etiraf edən, ömür və həyata arxa çevirmiş,[70] dövrana (onun çətinliklərinə) təslim, dün¬ya¬ya bədbin, ölülərin evlərində məskunlaşmış və sabah (yaxın olan ölüm günü) ondan köçəcək atadan (xalqın hidayəti və düz yola gətirilməsi barəsində) əldə edilməz bir şey arzulayan, məhv olanların (ölülərin) yolu ilə gedən, (müxtəlif) xəstəliklərə hədəf, zamanın girovu olan, müsibət və qəmlərə nişangah, dünyaya qul (onun xoşagəlməz rəftarına düçar), hiylə və yalan diyarının (yaxşılarının səadət və xoşbəxtliyi və pis əməllilərinin bədbəxtliyinin) taciri, (borc yiyəsi kimi öz borcunu almayınca əl çəkməyən xəstəliklərə, ölümlə nəticələnən hadisələrə və) puçluqlara borclu, (əlindən qurtarmaq mümkün olmayan) ölümə əsir, möhnətlərlə müttəfiq, qəm-qüssəyə yoldaş (insan möhnət və qəm-qüssədən ayrılmır və sanki onlardan ayrılmamağa və yoldaş olmağa and içib), bəla və dərdlərə hədəf, nəfsi istəklərin torpağa yıxdığı və (qovuşacağı) ölülərin canişini olan oğula! Dünyanın mənə arxa çevirməsi, dövranın mənə itaətsizlik etməsi və axirətin mənə üz tutması barəsində bildiklərim məni başqasını yada salmaq və məndən sonra qalacaq (ev, var-dövlət və övlad kimi) şeylər üçün çalışmaqdan saxlayır. (Çünki belə bir vaxtda kimisə yada salmaq və ya nəyinsə qəmini çəkmək münasib deyil. Gərək səadət və xoşbəxtliyə səbəb olan fəzilətlər əldə etməyin fikrində olum.) Amma mənə camaatın qəm-qüssəsi deyil, yalnız öz qəm-kədərim aid edildiyi üçün (nə vaxt öz işimdən başqa iş və öz qəmimdən başqa qəmi yadımdan çıxartdımsa) düşüncəm məni təsdiqləyərək arzu və nəfsin istəklərindən saxladı, işimin həqiqətini (dün¬ya¬dan köçməyi) aşkar etdi. Sonra məni onda oyun-oyun¬caq olmayan səy və təlaşa və yalanla qarışıq olmayan doğ¬ruluğa vadar etdi. (Xülasə, dünyanın mənə arxa çevirdiyini və axirət səfərinə hazırlaşmağın zəruriliyini gördüyüm üçün öz işimdən başqa işlər üçün olan hər bir düşüncəni özümdən uzaqlaşdırdım. Amma) səni vücudumun bir parçası gördüm (çünki övlad insanın bir parçasıdır), hətta vücudumun hamısı hesab etdim (çünki övlad valideynin yerini tutaraq adını qoruyur). Belə ki, sənə bir şey gəlsə, mənə gəlmiş kimidir və əgər ölüm səni haqlasa məni haqlamış kimidir. (Qısası, sənin işlərin barəsində düşünməyim öz işim üçün düşünmək kimidir.) Sənin işin məni öz işlərim qəm-qüssəyə saldığı kimi kədərləndirir. Buna görə də (həmin səbəbdən) sağ qalmağımdan və ya ölməyimdən asılı olmayaraq bu məktuba möhkəm arxalanaraq onu sənə yazdım. (Bu elə bir vəsiyyətnamədir ki, əgər sən ona əməl etsən mənim qəlbim rahat olar.) Oğulcan, sənə təqvalı olaraq Allahdan qorxmağı, Onun əmr və hökmlərinə tabe olmağı, qəlbini Onu yada salmaqla abadlaşdırmağı (çünki bina evin kamilliyi olduğu kimi Allahı yad etmək də nəfsin kamillik amilidir) və Onun (itaət və tabeçilik) ipindən yapışmağı tövsiyə edir, tapşırıram. Əgər sən ondan yapışsan, hansı səbəb və ip səninlə Allah arasında olan ip və səbəbdən möhkəm ola bilər?! Qəlbini öyüd-nəsihətlə (elm, hikmət və axirəti yada salmaqla) dirilt, zahidliklə (dünyaya ürək bağlamamaqla) öldür, yəqin və inamla (Allah və Peyğəmbərə iman gətirməklə) qüvvətlən¬dir, hikmətlə (Allahın hökmlərini bilməklə) nurlandır, ölü¬mü yada salmaqla zəlil və xar et (nəfsi istəklərə tabe olma) və (dünyanın) fanilik və yoxluğu(nu) etiraf etməyə məcbur et (onu dünyanın yox olacağını iqrar etməyə vadar et ki, oranın əbədi diyar olmasını zənn etməsin). Onu dünyanın pislikləri və dərdləri ilə dərindən tanış et (ki, ona etimad etməsin), zamanın (acı hadisələrinin) hücumu və gecə ilə gündüzün pis keçməsi (insanın istək və arzularına uyğun olmaması) ilə qorxut. Keçənlərin xəbərləri (onların sərgüzəştlərinin necəliyi) ilə tanış edərək səndən qabaqkıların başına gələnləri onun yadına sal. Onların diyarlarını, qalıqlarını və nişanələrini gəz dolan, nə etdiklərinə, haradan köçdükləri və harada düşüb yerləşdiklərinə nəzər sal. Görəcəksən ki, onlar dostlardan ayrılaraq qürbət və tənhalıq diyarına düşüblər. Sanki az müddət sonra sən də onlardan biri olacaqsan. Belə isə (layiqli əməllərlə) öz mənzil və uyuyacağın yeri abadlaşdır, axirətini dünyana satma. Bilmədiyin şey barəsində söz söyləmə. Sənə aid olmayan şey barəsində söhbət etmə. Azğınlıq olmasından qorxduğun yoldan (onunla getməkdən) çəkin. Çünki azğınlıq sərgərdanlığı zamanı özünü saxlamaq, qorxulu işlər görməkdən daha yaxşıdır. Yaxşı işlərə əmr et ki, yaxşılardan olasan. Pis işləri əlinlə, dilinlə qadağan et. Öz səy və təlaşınla onları (pis işləri) yerinə yetirən kəsdən ayrıl. Allah yolunda (din düşmənlərinə və pis işlərə əmr edən nəfsə qarşı) Ona layiq tərzdə cihad et. (İmkan və bacarığın olan qədər cihad etməkdən çəkinmə.) Allah yolunda, tənə vuranın tənəsindən qorxub çəkinmə. (Başqalarını yaxşı işlərə əmr edərək pis əməllərdən çəkindirməkdə və digər ilahi hökmlərin icrasında kiminsə tənə vurması, sənə boynunda olan vəzifəni yerinə yetirməyə mane olmasın.) Harada olmağın və hansı çətinliklə üzləşməyindən asılı olmayaraq haqq-həqiqət uğrunda (ona yardım etmək üçün) çalış. (Bu yolda qarşıya çıxan heç bir hadisədən üz çevirmə.) Dində elm əldə et. (Onun hökmlərini öyrən.) Özünü xoşagəlməz işlərə səbr etməyə adət ver. Haqq yolda səbrli olmaq necə də gözəl xasiyyətdir! Bütün işlərində öz nəfsini Allahına tapşır. Çünki sən (belə olan halda,) onu qüdrətli sığınacağa və qoruyucuya tapşırmış olursan. İstədiyin şeyi ancaq Rəbbindən istə (Ondan başqasına üz tutma). Çünki bağışlamaq və vermək də Onun əlindədir, məhrum etmək də. (Hər bir işdə Allahdan) çoxlu xeyir dilə. Mənim vəsiyyət və tapşırığım barəsində dərrakə və fikir işlət, ondan üz çevirmə. Çünki sözün ən xeyirlisi və gözəli onun fayda verənidir (qulaq asanın eşidərək ona uyğun rəftar etmədiyi deyil, eşidərək əməl etdiyidir). Bil ki, (sahibinə) fayda verməyən bilikdə xeyir yoxdur. Öyrənilməsi münasib olmayan (sehr, cadu və bu kimi din və məzhəbə zidd) elmdən fayda əldə edilməz. Oğulcan, qocalaraq yaşlaşdığımı, zəiflik və süstlü¬yümün artmaqda olmasını görüb sənə vəsiyyət etməyə tələsdim. Zehnimdə olanları sənə çatdırmamış ölüm məni haqlayar və ya bədənimdə çatışmazlıq yarandığı kimi, düşüncəmdə də nöqsan yaranar, yaxud bəzi nəfsi istəklər və ya dünya fitnələri səni məndən tez qabaqlayar (nəfsi istəklərə tabeçilik və dünyaya ürəkdən bağlanmaq sənə hakim olmamışdan vəsiyyət etdim ki, birdən mənim öyüd-nəsihətlərimi qəbul etməzsən) və üsyankar dəvəyə dönərsən deyə, onda bir sıra fəzilətlər yazdım. Gəncin qəlbi (toxum səpilməmiş) boş yer kimidir. Hansı toxum səpilsə onu qəbul edər (bitirər). Buna görə də ürəyin (dünyaya vurğunluq səbəbindən) bərkiməmiş və ağıl və dərrakən (boş və puç işlərə) mübtəla olmamış səni ədəbləndirməyə başladım (din, hikmət, bilik və ibrət qaydalarını sənə xatırlatdım) ki, öz işlərində tam düşüncə ilə, təcrübə edənlərin sənin axtarmaq və sınaqdan keçirmək ehtiyacını aradan qaldırdıqları şeyə üz tutasan, təcrübə etməyə möhtac olmayasan və sınaqdan keçirməkdən qurtulasan. Beləliklə, bizim (çox zəhmətlə) əldə etdiyimiz ədəb (zəhmətsiz olaraq) sənə çatar və bizim üçün qaranlıq (gizlin və naməlum) olan şey, sənə aydın olar.[71] Oğulcan, məndən əvvəlkilərin ömrü kimi (uzun) ömür sürməsəm də, onların işlərinə nəzər salıb, xəbərləri barəsində düşünərək onlardan qalan şeyləri seyr etmişəm. Nəticədə onlardan biri (kimi) olmuşam. Hətta onların işləri barəsində mənə çatan şeylərə görə sanki birincisindən sonuncusuna kimi hamısı ilə yaşamışam. Beləliklə, onların işlərinin saf və yaxşısını bulanıq və pisindən və xeyrini ziyanından seçdim. Sənin üçün hər bir işin gözəlini seçdim, bəyənilmişini istədim və onun qaranlıq və naməlum ola¬nını (məəttəlliyə səbəb olanını) səndən uzuqlaşdırdım. Sənin işin məni, mehriban atanı vadar edən şeyə vadar etdiyi vaxt və səni tərbiyə etmək və ədəbləndirmək qərarına gəldiyim zaman belə məsləhət gördüm ki, bu işi həyata (yeni) üz tutduğun, zəmanəni yeni dərk etdiyin (gənc və yeniyetməlik) və pak niyyət və təmiz nəfsə malik olduğun vaxtda görüm. Və bu işə Allahın kitabı, onun tə’vili (yozumu), İslamın (həqiqi) yolları, şəriət hökmləri və Allahın halal-haramını öyrətməklə başlayıram. Allahın kita¬bından başqa bir şeylə başlamıram sənin təliminə. Sonra xalqın nəfsi istəklər və (ziddiyyətli) rəylərə uymaları səbəbindən (əqidə və şər’i hökmlərdə) şübhələrə düşüb ixtilafa düçar olduqları şey barəsində sənin şübhəyə düşəcəyindən qorxdum. Onu sənin yadına salmağa meylim olmasa da, mənim üçün onu möhkəmləndirmək, səni həlak və məhvediciliyindən əmin olmadığım işdə təkbaşına buraxmaqdan daha xoşdur. Allahın, onda sənə qurtuluş və nicat müvəffəqiyyəti əta etməsini və səni düz yola hidayət etməsini diləyirəm. Beləliklə, bunları vəsiyyət edirəm sənə. Oğulcan, bil ki, vəsiyyətimdən öyrənəcəyin ən yaxşı şey Allahdan çəkinərək qorxmağın, Allahın sənə vacib etdiyinə kifayətlənməyin və (Əbu Talib, Seyyidüş-şühəda Həmzə və Cə’fər Təyyar kimi) keçmiş babaların və əməlisaleh əhli-beytinin qoyub getdiklərini əldə etməyindir. Çünki sən fikirləşərək düşündüyün kimi, onlar da öz sayıq düşüncələrini əldən vermədilər (özlərinə diqqət yetirərək səadət və xoşbəxtlik tapdılar). Beləliklə, nəticədə düşüncə onları bildiklərini yerinə yetirməyə və vəzifə daşımadıqlarından çəkinməyə yönəltdi. (Onlar özlərinə aşkar və məlum olan şeylərə inanaraq ona uyğun davrandılar, qaranlıq və naməlum qalan şeylərdən isə uzaqlaşdılar.) Beləliklə, əgər nəfsin, sənin qohumlarının (təcrübə edərək) keçdiklərini onlar kimi bilməməsinə baxmayaraq, qə¬bul etməkdən boyun qaçırırsa, sənin bu barədəki istəyin şüb¬hələrə (qatma-qarışıq sözlərə) girişərək mübahisə və çə¬kiş¬mələrə daxil olmaq deyil, başa düşmək, çalışmaq və elm və bilik əldə etmək olmalıdır.[72] Ona nəzər salıb barəsində düşüncəyə dalandan qabaq öz Allahından kömək istə, müvəffəqiyyət qazanmağın üçün Ona üz tut və səni şəkk-şübhəyə salan və ya zəlalət və azğınlığa aparan bü¬tün pis işləri tərk et. Beləliklə, ürəyinin təmizlənib safla¬şa¬raq təvazökar və itaətkar olmasını, fikrinin kamilləşərək (pərakəndəlikdən uzaqlaşıb) cəmlənməsini və o barədəki səyinin məqsədyönlü olmasını yəqin etdikdən sonra (bu vəsiyyətnamədə) dediklərimə nəzər sal və barəsində fikir¬ləş. Əgər istədiyin fikir və düşüncə rahatlığını əldə edə bilməsən (ürəyin pak və itaətkar olmasa, düşüncələrin pərakəndə olsa, müxtəlif məqsədlərə malik olsan), bil ki, öz qabağını görməyən dəvə kimi anlaqsız addım atır və zülmət qaranlıqlara (azğınlıqlara) düşürsən. Anlayışı olmadan bilmədiyi yol ilə gedən və ya (haqqı batilə) qatışdıran kimsə dini istəyən adam deyil! Belə olan halda, dayanmaq və özünü saxlamaq (ağıl və elmin hökmünə) daha yaxındır. Buna görə də oğul can, mənim vəsiyyət və tapşırığımı yaxşı anla. Bil ki, ölümün sahibi həyatın da sahibidir, yaradan öldürəndir, yox edən, qaytarandır (bəla və çətinliklərə) düçar edən nicat verəndir. (Xülasə, işlərdə şəriksiz Allahdan başqa təsiredici yoxdur.) Dünya ancaq Allahın ne¬mətlər, imtahanlar, axirət cəzası və bizim bilmədiyimiz şeylərdən istədiyini müəyyən etdiyi şey üzərində dayanıb. Buna görə də işlərdən hansısa sənə çətin gələndə, (onun hikmət və məsləhətə əsaslanmamasını sanma) onu sənin ondan xəbərsizliyin və nadanlığın hesab et. Çünki sən yaradılışının əvvəlində nadan idin, sonra bilik sahibi oldun. Sənin (hikmət və məsləhətini) bilmədiyin, düşüncənin barəsində sərgərdan qaldığı, görmənin azdığı və sonra görüb dərk etdiyin şeylər çoxdur. Buna görə də yaradan, ruzi verən və gözəl əndamını xəlq edəndən (Onun rəhmət ipindən) yapış. İbadət və bəndəliyin Ona olsun, Ona üz tut və qorxun Ondan olsun. Oğulcan, bil ki, Allah barəsində Peyğəmbər (səlləllahu əleyhi və alih) kimi heç kəs xəbər verməyib. Belə isə onu öz (səadət və xoşbəxtlik) bayraqdarın hesab et və (əzab və çətinliklərdən) nicat və qurtuluş rəhbərin bil. Mən (bu barədə) sənə öyüd-nəsihət verməkdə heç nəyi əsirgəmədim. Sən özün üçün (öz xeyrin üçün) fikir və düşüncələrində hər nə qədər səy və təlaş etsən də, heç vaxt mənim sənin üçün olan fikir və düşüncələrim həddinə çata bilməzsən. Oğulcan, bil ki, əgər Rəbbinin şəriki olsaydı, sənin (hi¬da¬yət edilməyin) üçün onun da peyğəmbərləri gələr, onun səl¬tənət və hökmdarlıq nişanələrini görər, iş və sifətlərini tanı¬yardın. Amma Allah, Özünü vəsf etdiyi kimi təkdir. (Qur’ani-Kərimin Kəhf surəsinin 110-cu ayəsində buyurur ki: «أَنَّمَا إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ» «Sizin tanrınız yalnız tək olan Allahdır».) Səltənətində heç kəs Ona qarşı çıxmır. O heç vaxt zavala uğramır və həmişə olub (əbədi və əzəlidir). O hər şeydən əvvəldir, amma (say mənasında olan) əvvəl olmaq və birinciliksiz.[73] Həmçinin hər şeydən axırdır, sonluqsuz![74] O, rübubiyyətinin qəlb və ya gözün əhatə etməsi nəticəsində isbat edilməsindən böyükdür.[75] Buna görə də Onun sifətlərini (deyilən kimi) dərk etdikdən sonra, itaət və bəndəlik axtarışında, əzab və cəzasından qorxmaqda və qəzəbindən (rəhmətindən uzaqlaşmaqdan) çəkinməkdə qə¬dir-qiyməti kiçik, qüdrəti az, acizliyi çox və Rəbbinə eh¬ti¬yacı böyük olan sənin kimisinə necə davranmaq la¬yiq¬dir¬sə, elə hərəkət et. Çünki O, sənə yaxşılıqdan başqa bir şey əmr etməyib və səni çirkin işlərdən başqa bir şeydən çə¬kindirməyib.[76] Oğulcan, səni dünya, onun necəliyi, ara¬dan getməsi və əldən-ələ keçməsindən xəbərdar etdim. Sə¬nə axirətdən və həmin diyarda onun