Əhl Beyt-ABNA-xəbər agentliyinin xəbərinə əsasən İran parlamentinin rəhbəri Əli Laricani İranın gəmi və təyyarələrinin yoxlanılmasını nəzərdə tutan qərarın tətbiq olunması halında Bəsrə körfəzindən keçən ABŞ gəmilərində axtarışlar aparacaqlarını açıqlayıb. Laricani həmçinin uranın zənginləşdirilməsi prosesini də davam etdirəcəklərini və hətta bu istiqamətdə fəaliyyətlərini daha da genişləndirəcəklərini bəyan edib. Laricani «ABŞ və bəzi avantüristı ölkələri xəbərdar edirik, əgər İranın gəmi və təyyarələrini axtarmaq həvəsinə düşsələr, əmin olsunlar ki, Bəsrə körfəzi Əmman dənizindən keçən bu ölkələrə məxsus gəmilərdən hesab soruşacağıq» deyə xəbərdarlıq edib. Əli Laricani: «Obamaya deyirəm: əyləndirmək zamanı bitdi, inşa dərsləri qurtardı, haqq-hesab imtahanına gəlib çatdıq!»