Pakistan veb dizaynçıları, İslami Facebook saytı yaradıblar Həzrəti Məhəmmədə istiqamətli təhqiramiz şəkillərin yayımından sonra belə bir paylaşma saytı açmağa qərar verən Lahor şəhərindən 6 gənc dizaynçı, www.millatfacebook.com ünvanındakı sayta "Millət Facebook" adını verib. FaktXeber.com-un "Daily Telegraph"a istinadən verdiyi məlumata görə, yeni paylaşma saytının yradılmasında məqsəd müsəlman dünyasına xidmət etməkdir. Saytı hazırlayanlardan Ömər Zahir Mir, çərşənbə günü istifadəyə verilən saytın hazırda 30 minə yaxın istifadəçisinin olduğunu söyləyib. Zahir Mir məqsədlərinin həm Peyğəmbərin şəkillərinin nümayiş olunmasını təsdiqləmədiklərini göstərmək, həm də zəif və kompleks məhrəmiyyət qaydalarına sahib olmaqla, tənqid olunan Facebooka alternativ yaratmaq olduğunu söyləyib. Qeyd edək ki, Pakistanda minlərlə insan, Facebookun Həzrəti Məhəmmədin şəkilləriylə əlaqədar bir yarış keçirilməsinə etiraz etmişdi.