Beynəlxalq İnsan Haqqları Təşkilatı olan "Amnesty İnternational", ABŞ, Almaniya, Rusiya, Çin və Avropa ölkələrində qeydə alınan insan haqllarını sərt tənqid edib  FaktXeber.com-un verdiyi məlumata görə, Beynəlxalq İnsan Haqqları Təşkilatı olan "Amnesty İnternational", 2010-cu il yanvar ayından etibarən bu günə qədər 111 ölkədə qeydə alınan insan haqqları ilə bağlı hesabat dərc edib. İnsan Haqqları Təşkilatı öz hesabatında ABŞ prezidenti Barak Obamanı da tənqid edib. Adı çəkilən təşkilat, Barak Obamanın Quantanamo Əsir Düşərgəsini bağlamasının heç nəyi dəyişmədiyini, sadəcə görüntü xarakteri daşıdığını qeyd edib. "Amnesty İnternational" İnsan Haqqları Təşkilatı, Obamanın Quantanamonu bağlayaraq Illonis əyalətində yeni bir Quantanamo yaratdığının vurğulayaraq "məhkumlar üçün dəyişikliyinin yalnız məktub kodları olduğunu" bildirib. Qeyd edək ki, hesabatda Çin və Rusiyada hələ də insan haqqları müdafiəçilərinə və ölkədə yaşayan azlıqlara qarşı cinayətlərin davam etdiyi öz əksini tapıb.

                       Məlumat üçün  bildirək ki, "Amnesty İnternational" Almaniyanın immiqrant siyasətində tətbiq etdiyi sərtliyi də tənqid edib və bunun ölkədə işləmək istəyən immiqrant ailələrə mənfi təsir göstərdiyini qeyd edib. Avropada artan Ksenefobiyə (xarici düşmənçilik) və İslamofobiyanı da (islam dini ilə düşmənçilik) tənqid edən "Amnesty İnternational", xüsusilə İsveçrə, Fransa və İtaliyada insan haqqları pozuntularının olduğunu önə çəkib.