"Günəş Ordusu" olaraq tanınan bir qrup, "Dünya Astronomiya Günü" münasibətiylə ABŞ Aerokosmik Agentliyi - NASA-ya aid 9 saytı dağıdıb 

FaktXeber.com-un verdiyi məlumata görə, "Günəş Ordusu" olaraq tanınan bir qrup, "Dünya Astronomiya Günü" münasibətiylə ABŞ Aerokosmik Agentliyi - NASA-ya aid 9 saytı dağıdıb.

 

NASA-nın haklanan sözügedən saytında Farsca və İngiliscə belə bir qeyd göstərilib: ABŞ-ın üçüncü dünya ölkələrini istismar etməsindən qaynaqlanan və astronomik rəqəmlərə çatan büdcələrlə qurulub fəaliyyət göstərən NASA təşkilatı, hər nə qədər elm sahəsində söz sahibi olanların başında durur və bir çox alimlərinə nəzrincə keçmiş Sovetlər Birliyini zəiflətmək məqsədiylə hazırlanan "Ulduz Döyüşü" proyekti kimi bir çox siyasi proyekti reallaşdıra bilibsə də, mövcud şərtlərdə iranlı gənclərin elm səviyyələri qarşısında diz çökmüş vəziyyətdədir."

 

Bu yazının davamında ayrıca olaraq, "Elmi irqçilik, bizi elm sahəsindəki irəliləyişlərdən saxlaya bilməz. Dünya Astronomiya Gününüz mübarək olsun" - deyə qeyd edilib.