İslam-Azeri.az İnternet Qəzetinin BBC-ə istinadən verdiyi xəbərə görə, onlar hökumət və Avropa institutlarının razılaşdırdığı sərt iqtisadi tədbirlərə etiraz edirlər. Yeni məlumatlara görə, Afinada parlmanent binasının qarşısında polis və nümayişçilər arasında toqquşma olub. Bir məlumatda deyilir ki, şəhərin mərkəzindəki bir bank partladılıb və hazırda yanğın içərisindədir. Nəqliyyat işçiləri də nümayişlərə qoşulduğundan qatarlar, təyyarələr və qayıqların işləməyəcəyi gözlənilir. Dövlət sektoru işçiləri 48 saatlıq tətillərə dünən başlayıblar. Hökumət xərclərin azaldılmasını və vergilərin artırılmasını planlaşdırır.  Bu tədbirlərin görülməsi müqabilində Avropa İttifaqı Yunanıstana 110 milyard avro ayırıb. Həftənin sonunadək Yunanıstan parlamenti iqtisadi tədbirlərə səs verəcək. Bu tədbirlərə maaşların dondurulması, təqaüdlərin kəsilməsi və vergilərin artırılması daxildir. Son aylarda artıq 3-cü dəfədir ki, Yunanıstan belə ümummilli tətil keçirilir.Verilən son məlumatlara görə, toqquşmalar nəticəsində 3 nəfər həlak olub.Paytaxt Afinada isə "İxlas" Xəbər Agentliyinə məxsus avtomobil yandırılıb.

İslam-Azeri.az