Bu gün, Cəmadi-ul-əvvəl ayının 13-ü, Məhəmməd Peyğəmbərin (s) sevimli qızı Xanım Fatimənin (s.ə.) şəhadət günüdür.
Bu münasibətlə «Milli-Mənəvi Dəyərlər» İctimai Birliyinin Ruhanilər Şurası, İdarə Heyəti və üzvləri, başda İmam Zaman (ə.f.) və naibləri olmaqla bütün dünya müsəlmanlarına başsağlığı verir, uca Rəbbimizdən səbr diləyir.
Eyni zamanda «Milli-Mənəvi Dəyərlər» İctimai Birliyinin Ruhanilər Şurası və İdarə Heyəti, Xanımın şəhadəti günü Ali Məhkəmənin binası qarşısında «Xanım Fatimeyi-Zəhra (s.ə.)» məscidinin sökülməsindən kasasiya şikayətinə baxılması zamanı toplaşan inanclılara zor tətbiq edilməsini və həbsini qətiyyətlə pisləyir.