Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Tehran prokuroru Əli Salehi İslam İnqilabının Ali Rəhbərinin və onun ailəsinin dörd üzvünün şəhid olması ilə nəticələnən terror aktı ilə bağlı iş üzrə ittiham aktının hazırlandığını bildirərək deyib: İslam İnqilabının Ali Rəhbəri, Ayətullahül-üzma Seyid Əli Xameneinin (r.ə) və ailəsinin dörd üzvünün şəhid olması ilə nəticələnən terror aktı ilə bağlı iş üzrə ittiham aktı ibtidai araşdırmanın tamamlanması, daxili və beynəlxalq sübut və sənədlərin araşdırılmasından sonra hazırlanıb və baxılması və qərar qəbul edilməsi üçün məhkəməyə göndərilib.
O bildirib: Bu iş üzrə həmin cinayətin bütün səbəbkarları, icraçıları və təşkilatçıları barəsində hüquqi təqib həyata keçirilib. İttiham aktında irəli sürülən ən mühüm ittihamlardan biri İslam İnqilabının Ali Rəhbərinin və onun ailəsinin dörd üzvünün şəhid olması ilə nəticələnən terror aktını törətmək yolu ilə “yer üzündə fəsad törətməkdə” iştirak etməkdir.
Sizin rəyiniz