Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqiri ilə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Moskvada keçirilən yüksək səviyyəli təhlükəsizlik rəsmilərinin 14-cü beynəlxalq toplantısı çərçivəsində görüş keçirib.
Tərəflər dünya təhlükəsizliyinin yeni arxitekturasının formalaşdırılması istiqamətində səylərin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Vendiktov çıxışında İran xalqının müqavimətini yüksək qiymətləndirib və ABŞ ilə İsrail rejiminin hərbi təcavüzü qarşısında İran Silahlı Qüvvələrinin fəaliyyətini təqdir edib.
O bildirib ki, yenidən hərbi qarşıdurmanın baş verməsinin qarşısının alınması mühümdür və regionda yeni təhlükəsizlik sisteminin formalaşdırılması üçün şərait yaradılmalıdır.
Sizin rəyiniz