Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ayətullah Seyid Müctəba Hüseyni Xamenei şəhid Rəisinin şəhadətinin ikinci ildönümü və xidmət şəhidlərinin anım mərasimi münasibətilə yayımladığı mesajda qeyd edib: “Bu gün xalqın, dövlətin və İslam Respublikasının bütün qurumlarının birliyi nemətinə şükür etmək, məsul şəxslərin motivasiya və fədakar xidmət ruhunun gücləndirilməsində, xalqın problemləri və xüsusilə iqtisadi və məişət sahəsindəki qayğılarının aradan qaldırılmasında, meydanda və birbaşa iştirakın artırılmasında, həmçinin dirçəlmiş xalq üçün ölkənin inkişaf yolunda ciddi rol müəyyən edilməsində və parlaq gələcəyə doğru ümidli hərəkətdə öz əksini tapır”.
Mesajın tam mətnində deyilir:
Bismillahir-Rəhmanir-Rəhim
May ayının şəhidlərinin və onların başında duran şəhid prezident Höccətül-islam vəl-müslimin Rəisinin anılması, İran İslam Respublikasında xidmət yolunda şəhid olmuş çoxsaylı xidmət fədailərinin xatirəsini yada salır; Mütəhhəri, Behişti, Rəcai və Bahunərdən tutmuş Rəisi, Ali-Haşim, Əmir Abdullahian və Laricaniyədək — böyük Xomeyni və əziz Xamenei məktəbinin yetişdirdiyi yüzlərlə görkəmli şəxsiyyət İslam Respublikası məsullarının ixlaslı və mücahidcəsinə xidmət dəftərini öz qanlı imzaları ilə zinətləndiriblər.
Şəhid Rəisinin bariz xüsusiyyətləri sırasında məsuliyyətlilik, gənclərə önəm verilməsi, ədalətə diqqət, fəal və faydalı diplomatiya, xüsusilə də xalqın içində olmaq qeyd edilə bilər. Bu xüsusiyyətlər İranın dostlarının, o cümlədən güclü müqavimət cəbhəsinin mücahidlərinin və sistemin çoxsaylı tərəfdarlarının ruh yüksəkliyinə səbəb olurdu. Bütün bunlar isə onun ruhunun dərinliklərindən qaynaqlanan mənəviyyatla vəhdət təşkil edirdi.
Məsullarla xalq arasındakı münasibətdə müsbət və təsirli xüsusiyyətlər qarşılıqlı qədirbilənliyə səbəb olur. Elə buna görə də onun öz mövlası Həzrət İmam Rzanın (ə) hüzuruna yola salınması misilsiz təmtəraqla baş tutdu. O şəhidin yarımçıq qalan prezidentlik dövrü ölkənin müstəqilliyini qorumaqla yanaşı, xalq və dövlət üçün çalışmağın və qayğıkeşliyin bir nümunəsini ortaya qoydu.
İndi biz İran xalqının iki qlobal terrorçu ordu qarşısında göstərdiyi misilsiz tarixi müqavimətdə yaratdığı qəhrəmanlıqlarla üz-üzəyik. Bu məsələ İslam Respublikası məsullarının — rəhbərlikdən və hakimiyyət qollarının başçılarından tutmuş bütün idarəetmə səviyyələrinədək — üzərinə düşən vəzifə yükünü əvvəlkindən daha da ağırlaşdırır. Bu gün xalqın, dövlətin və İslam Respublikasının bütün qurumlarının birliyi nemətinə şükür etmək, məsul şəxslərin motivasiya və fədakar xidmət ruhunun gücləndirilməsində, xalqın problemləri və xüsusilə iqtisadi və məişət sahəsindəki qayğılarının aradan qaldırılmasında, meydanda və birbaşa iştirakın artırılmasında, həmçinin dirçəlmiş xalq üçün ölkənin inkişaf yolunda ciddi rol müəyyən edilməsində və parlaq gələcəyə doğru ümidli hərəkətdə təcəssüm edir.
Xidmət yolunun şəhidlərinə ilahi rəhmət diləyirəm. Uca Allahın yardımı və Ağamızın — Allah-Taala zühurunu tezləşdirsin — duası İran müsəlman xalqına xidmət edənlərin dayağı olsun.
Seyid Müctəba Hüseyni Xamenei
20 may 2026-cı il
Sizin rəyiniz