19 may 2026 - 22:21
Source: IRNA
SEPAH-ın Banədə əksinqilabçı terror qruplaşmalarına zərbəsi

Həmzə Seyidüş-Şühəda (ə) qərargahı bütün satqın ünsürlərə, onların vasitələrinə və rəhbərlərinə xəbərdarlıq edib ki, istənilən təhlükəsizlik xarakterli addıma qarşı qəti şəkildə tədbir görüləcək və peşmanedici cavab veriləcək.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Həmzə Seyidüş-Şühəda (ə) qərargahının naməlum keşikçilərinin həyata keçirdiyi kəşfiyyat əməliyyatları zamanı İraqın şimalında yerləşən, ABŞ və sionist rejimin tapşırığı ilə fəaliyyət göstərən əksinqilabçı terror qruplaşmaları Banə şəhərində zərərsizləşdirilib.

Terrorçu qruplaşmalar ABŞ istehsalı olan böyük həcmdə, istifadəyə verilməmiş silah və sursat partiyasını ölkə daxilinə keçirmək niyyətində olublar.

Əməliyyat nəticəsində çoxlu sayda silah və sursat aşkarlanaraq müsadirə edilib.

Bununla bağlı terror qruplaşmalarının ölkə daxilindəki bütün satqın ünsürlərinin müəyyən edilərək saxlanılması istiqamətində kəşfiyyat tədbirlərinin davam etdirildiyi bildirilib.

Həmzə Seyidüş-Şühəda (ə) qərargahı bütün satqın ünsürlərə, onların vasitələrinə və rəhbərlərinə xəbərdarlıq edib ki, istənilən təhlükəsizlik xarakterli addıma qarşı qəti şəkildə tədbir görüləcək və peşmanedici cavab veriləcək.

Sizin rəyiniz

You are replying to: .
captcha