Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikası Ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya Tehranın Vəli Əsr (ə.c) meydanında keçirilən xalq toplantısında insanların xiyabanlarda coşqulu iştirakının əhəmiyyətinə toxunaraq deyib: “Ölkə səviyyəsində insanların gecə toplantılarında iştirakı düşmənin planının məğlubiyyətə uğramasında mühüm amil olub və eyni zamanda İran İslam Respublikası Silahlı Qüvvələrinin ruhiyyə və motivasiyasının yüksəldilməsi və gücləndirilməsi üçün əsas amillərdən biridir.”
O, çıxışının davamında düşmənlərin əsas məqsədinin İranın “parçalanması” olduğunu bildirərək vurğulayıb: “Düşmən Silahlı Qüvvələrin Ali Baş Komandanını və Silahlı Qüvvələrin yüksək rütbəli komandirlərini terror etməklə İran İslam Respublikası quruluşunu devirməyə və nəticədə əsas məqsədi olan İranın parçalanmasına nail olacağını düşünürdü. Lakin İranın bəsirətli və inqilabçı xalqı ayağa qalxdı və xiyabanlarda qəhrəmancasına iştirakı ilə düşmənin məğlubiyyətinə, həmçinin Silahlı Qüvvələrin gücünün möhkəmlənməsinə səbəb oldu.”
Ordu sözçüsü İran Silahlı Qüvvələrinin, xüsusilə də İran Ordusunun qürurverici fəaliyyətləri barədə xalqa hesabat təqdim edərək ordunun hazırlıq vəziyyətinə də toxunaraq vurğulayıb: “İran İslam Respublikasının Ordusu atəşkəs dövrünü müharibə dövrü kimi qiymətləndirir və bu fürsətdən döyüş qabiliyyətini gücləndirmək üçün istifadə edib.”
Sizin rəyiniz