Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: BMT Baş katibinin müavini Fərhan Haq bu gün, çərşənbə axşamı Knesset tərəfindən saxlanılan HƏMAS üzvlərini hədəf alan qanunun qəbul edilməsi ilə bağlı bildirib: Biz ayrı-seçkilik xarakterli qanunları rədd edirik.
Sionist rejimin parlamenti yaxın vaxtlarda HƏMAS hərəkatının xüsusi (elit) üzvlərinin edamı və onlar üçün açıq məhkəmə proseslərinin keçirilməsi ilə bağlı qanunu böyük səs çoxluğu ilə qəbul edib.
Qeyd edək ki, bu qanun həmin şəxslər barədə edam hökmlərinin çıxarılması və açıq məhkəmələrin keçirilməsi səlahiyyətini nəzərdə tutur.
Sizin rəyiniz