Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran Xarici İşlər Nazirliyinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini, həmçinin İran İslam Respublikasının BRICS üzrə milli nümayəndəsi Kazım Qəribabadi bu gün BRICS milli koordinatorlarının iclası çərçivəsində İndoneziya, Cənubi Afrika Respublikası, Braziliya, Hindistan və Misirdən olan həmkarları ilə ayrı-ayrılıqda görüşüb.
İkitərəfli əməkdaşlıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparan Qəribabadi görüşlər zamanı İran İslam Respublikasına qarşı hərbi təcavüzlə bağlı ölkəsinin mövqeyini izah edərək, bunu beynəlxalq hüquqa və BMT Nizamnaməsinə zidd addım kimi qiymətləndirib.
İran xarici işlər nazirinin müavini BRICS üzvlərini birtərəfliliyə qarşı mübarizə, hərbi təcavüzə son qoyulması və təcavüzkarların cavabdeh tutulması məqsədilə üzv ölkələrə qarşı yönələn bu kimi qeyri-qanuni addımlara diqqət yetirməyə çağırıb.
Sizin rəyiniz