Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İranın Çindəki səfiri vurğulayıb: İran xarici işlər nazirinin səfərinin əsas mesajı bu olub ki, Tehran müharibədən sonrakı mərhələnin idarə edilməsində yalnız müvəqqəti reaksiyalarla kifayətlənmir, əksinə strateji tərəfdaşlarla münasibətlər çərçivəsində öz diplomatik düzənini yenidən müəyyən etməyə çalışır.
Rəhmani Fəzli İRNA-ya eksklüziv müsahibəsində deyib: Çinin son böhrandakı rolunu yalnız rəsmi bəyanatlar səviyyəsində qiymətləndirmək olmaz.
Pekin elə başlanğıcdan müharibənin genişlənməsi məntiqinə qarşı çıxıb. Çünki bilir ki, Qərbi Asiyada qeyri-sabitlik yalnız regional böhran deyil, həm də enerji təhlükəsizliyi, qlobal ticarət zənciri və beynəlxalq sistemdə qüvvələr balansı ilə bağlıdır. Bu baxımdan Çinin müharibəni dayandırmaq cəhdi sabitlik prinsipini müdafiə etmək cəhdidir.
İranın səfiri əlavə edib: Pekin təsirli aktorlarla məsləhətləşmələr, Pakistanla birgə sülh təşəbbüsünün təqdim edilməsi – hansı ki, İslamabad danışıqlarına zəmin yaratdı – və Si Cinpinin dörd maddəlik planı vasitəsilə dialoqa dönüş yolunu açıq saxlamağa və gücləndirməyə çalışıb.
Rəhmani Fəzli əlavə edib: Tehran və Vaşinqton məsələsində də Çin gərginliyin azaldılması üçün mühüm potensiala malik ola bilər. Lakin bunun şərti ABŞ-nin qəbul etməsidir ki, təzyiq, sanksiya və təhdid dili diplomatiyanın yerini tuta bilməz. İran qarşılıqlı hörmət, təzyiqlərin aradan qaldırılması və İran xalqının qanuni maraqlarının təmin olunmasına əsaslanan hər bir təşəbbüsü alqışlayır. Ancaq vasitəçilik İran əleyhinə təzyiqin idarə olunması alətinə çevrilməməlidir.
Fəzli sonda əlavə edib: Çinin regionla bağlı dörd maddəlik planı ona görə əhəmiyyətlidir ki, idxal olunan təhlükəsizlik məntiqindən uzaqlaşır. Bu plan ölkələrin suverenliyinə hörmət, dinc yanaşı yaşama öhdəliyi, beynəlxalq hüquqa sadiqlik və təhlükəsizliklə inkişaf arasında bağlılığa xüsusi diqqət yetirir.
Sizin rəyiniz