13 may 2026 - 17:28
تتتتİranda yox həddinə enmiş su bəndləri ABŞ radarları sıradan çıxarıldıqdan sonra 65 faiz dolub

İran İslam Respublikasında uzun illər sürən qeyri-təbii quraqlıqlar nəticəsində yox həddinə enmiş su bəndləri ABŞ radarlarının İran Silahlı Qüvvələri tərəfindən sıradan çıxarıldıqdan sonra 65 faiz dolub.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasında uzun illər sürən qeyri-təbii quraqlıqlar nəticəsində yox həddinə enmiş su bəndləri ABŞ radarlarının İran Silahlı Qüvvələri tərəfindən sıradan çıxarıldıqdan sonra 65 faiz dolub.

Ölkənin bəndlərinə daxil olan suyun miqdarı ötən illə müqayisədə 10 may tarixinə xeyli artıb və su anbarlarında saxlanılan suyun həcmi də artıb.

Ölkənin su anbarlarının istismarı ilə bağlı statistikaya görə, cari su ilində bəndlərə daxil olan ümumi su 35,6 milyard kubmetrə çatıb; halbuki bu rəqəm ötən ilin eyni dövründə 21,23 milyard kubmetr olaraq qeydə alınıb. Beləliklə, bəndlərə daxil olan suyun miqdarı ötən illə müqayisədə 68 faiz artıb və 10 illik orta göstərici olan 32,96 milyard kubmetrdən səkkiz faiz çoxdur.

Sizin rəyiniz

You are replying to: .
captcha