Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İvritdilli media sionist rejim ordusuna məxsus İraqdakı gizli bazanın mövzusuna toxunub.
Məlumata görə, İraqın qərbində səhra bölgələrində yerləşən bu bazadan İsrailin İrana qarşı təcavüzdə istifadə etməsi planlaşdırılırmış.
Xəbər mənbələrinin bildirdiyinə görə, bu baza xüsusi təyinatlı qüvvələrin yerləşdiyi məkan olub və müharibə başlamazdan əvvəl İsrail ordusunun hava qüvvələri üçün logistik mərkəz kimi fəaliyyət göstərib.
Həmçinin israilli pilotların əsir düşəcəyi təqdirdə onların xilas edilməsi üçün nəzərdə tutulan qruplar da bu bazada yerləşdirilmişdi.
İsrail bu bazanın tikintisi və təchizatını ABŞ ilə koordinasiya şəraitində həyata keçirib.
Sizin rəyiniz