Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikası Ordusunun icraçı müavini bildirib: İran tarix boyu hadisələr və müharibələrlə üzləşib, lakin hər zaman ayaqda qalıb, qalib olub və olacaq. Çünki İran bir sivilizasiyadır və sivilizasiya heç vaxt bomba ilə partladılmaz.
İran İslam Respublikası Ordusunun icraçı müavini, briqada generalı Əlirza Şeyx mərhum Silahlı Qüvvələrin Baş Qərargah rəisi şəhid general-leytenant Seyid Əbdülrəhim Musəvinin xüsusiyyətləri barədə danışarkən deyib: “Bu əzizlərin şəhadəti xəbəri yayılandan sonra hamı narahat idi ki, nə olacaq. Amma general-leytenant Musəvi bütün məsələləri əvvəlcədən planlaşdırmışdı. Məsələn, ordunun hansı nöqtəyə, SEPAH-ın isə hansı nöqtəyə hücum edəcəyini müəyyən etmişdi. Hədəflər səbətinin müəyyənləşdirilməsi mərhum Musəvi tərəfindən həyata keçirilmiş və bütün qüvvələrə təqdim olunmuşdu. Bütün bu addımlar göstərir ki, böyük şəhadət feyzindən başqa heç nə onun şəxsiyyətinin müxtəlif tərəflərini bu şəkildə üzə çıxara bilməzdi.”
Ordunun icraçı müavini İran xalqının düşmənlərinə müraciətlə vurğulayıb: “Hərbi sahədə rəcəz oxumaq məntiqə əsaslanır və həmin məntiq də gücdən qaynaqlanır. Düşmənlər İran xalqının və silahlı qüvvələrimizin arxa dayağına baxsınlar, sonra İran haqqında danışsınlar. Bizim sivilizasiyamıza, tariximizə və coğrafiyamıza baxın, sonra İran barədə fikir bildirin. İranın məhv ediləcəyi ilə bağlı şişirdilmiş və əsassız bəyanatlar İran xalqı barədə strateji səhvdir. Bu xalqın düşmənləri onun tarixini və sivilizasiyasını tanımırlar. İran tarix boyu hadisələr və müharibələrlə üzləşib, lakin həmişə ayaqda qalıb, qalib olub və olacaq. Çünki İran bir sivilizasiyadır və sivilizasiya heç vaxt bomba ilə partladıla bilməz.”
Sizin rəyiniz