Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ prezidenti Hörmüz boğazında Amerika qüvvələrinin təxribat xarakterli fəaliyyətlərinin artması fonunda yenidən təhdid tonu ilə müraciət edib.
O, daha əvvəl Ramazan müharibəsi zamanı Tehrana qarşı təhdidlər səsləndirərək “bu gecə bir sivilizasiya məhv ediləcək” iddiasını irəli sürmüş, lakin buna nail ola bilməmişdi. Tramp bu gün yerli vaxtla Fox News-a müsahibəsində bildirib ki, “əgər İran Hörmüz boğazının yenidən açılması planına müdaxilə edərsə, məhv olacaq.”
ABŞ esminesləri təkrar xəbərdarlıqlara məhəl qoymadıqdan sonra İran Ordusunun Hərbi Dəniz Qüvvələri həmin gəmilərin yaxınlığında qanadlı raketlər, reaktiv mərmilər və döyüş PUA-ları ilə xəbərdarlıq atəşi açıb və bu addımların nəticələrinə görə “ABŞ-sionist düşməni”ni məsul hesab edib.
Sizin rəyiniz