19 aprel 2026 - 18:14
Source: IRNA
ƏnsarAllah: Bab əl-Məndəbi bağlasaq, heç bir qüdrət onu aça bilməz

ƏnsarAllah: Bab əl-Məndəbi bağlasaq, heç bir qüdrət onu aça bilməz

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ƏnsarAllah hərəkatının liderlərindən biri vurğulayıb ki, əgər ölkəsi “Bab əl-Məndəb” boğazını bağlamaq qərarı verərsə, heç kim onu yenidən aça bilməyəcək.

Hüseyn əl-Əzzi "X” sosial şəbəkəsində yazıb: “İndiyədək heç kimə zərər vermək niyyətimiz olmayıb, lakin şübhəsiz ki, Uca Allahın köməyi ilə kim Yəmənə zərər verərsə, biz də ona elə zərər verəcəyik ki, kaş Yəmənə toxunmazdıq arzusunu edəcək.”

O əlavə edib: “Allahın qüdrəti ilə, əgər Səna Bab əl-Məndəbi bağlamaq qərarı versə, bütün insanlar və cinlər bir yerə toplaşsalar belə onu açmaöa qadir olmayacaqlar. Buna görə də Donald Tramp və onunla həmrəy olan dünya dərhal sülhə mane olan bütün addım və siyasətlərə son qoymalı, xalqımızın və ümmətimizin hüquqlarına lazımi hörməti göstərməlidir.”

Sizin rəyiniz

You are replying to: .
captcha