Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Qırğızıstanda keçirilən sərbəst güləş üzrə Asiya çempionatından sonra bu yarışın ən yaxşıları müəyyənləşdi və Milad Valizadə sərbəst güləşin ən yaxşı güləşçisi seçildi.
57 kq çəki dərəcəsində çempion olan Milad Valizadə yarışların ən yaxşı güləşçisi adına layiq görülüb. O, 35 xal toplayıb və keçirdiyi 3 görüşün hər birini yüksək üstünlüklə başa vurub. Güləşçinin hər görüş üzrə orta qələbə müddəti 1 dəqiqə 51 saniyə olub və o, bütün qarşılaşmaları əsas vaxtdan əvvəl öz xeyrinə başa çatdırıb.
O həmçinin turnirin ən yaxşı hücumçu güləşçi kimi seçilib və hər görüşdə orta hesabla 11-dən çox xal qazanıb. 92 kq çəki dərəcəsində qızıl medal sahibi olan Məhəmmədmöbin Əzimi isə rəqiblərinə bir xal belə vermədən 26 xal toplayaraq yarışların ən yaxşı müdafiəçi güləşçisi kimi seçilib.
Sizin rəyiniz