Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Ümümdünya Müsəlmanlarının Ali Lideri, Silahlı Qüvvələrin Ali Baş Komandanı İmam Müctəba Xamenei Həzrətləri İslam Respublikası Ordusunun 18 aprel – Ordu Günü münasibətilə müraciətində vurğulayıb: İslam ordusu əvvəlki iki məcburi müharibədə olduğu kimi, hazırda da aid olduğu suyu, torpağı və bayrağı cəsarətlə müdafiə edir.
İRNA-nın məlumatına görə, Ali Baş komandan Həzrət Ayətullah Seyid Müctəba Hüseyni Xamenei mesajında bütün hərbçiləri, onların dəyərli ailələrini və böyük İran xalqını Ordu Günü münasibətilə təbrik edərək, İslam İnqilabının qələbəsini ordunun üzərinə düşmən tərəfindən zorla yüklənmiş zəiflik dövrünün sonu kimi qiymətləndirib və son dövrlərdə vətənin müdafiəsi uğrunda göstərilən şücaətə toxunub.
Həmçinin bu mesajın bir hissəsində şəhid böyük Rəhbərin doğum ildönümü münasibətilə onun ordunun ləğvi ilə bağlı zərərli çağırışlara qarşı çıxması və daha sonra onun imkanlarının artırılması istiqamətində göstərdiyi səylərə işarə olunub.
Mesajın tam mətni aşağıdakı kimidir:
Bismillahir-Rəhmanir-Rəhim
“Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər! ” (Saf, 4)
İslam Respublikası Ordusunun yaranmasının mübarək ildönümü olan 18 aprel – mərhum İmam Xomeyninin hikmətli təşəbbüsü ilə bu ad verilmiş günü – bütün hərbçilərə, onların dəyərli ailələrinə və böyük İran xalqına təbrik edirəm.
İslam İnqilabının qələbəsi ordunun həyatında iki mərhələ arasında sərhəd xətti hesab olunur və bu, düşmənlərin və daxili xainlərin bu torpaq və bu xalqın şərəfli və sadiq ordusuna zorla qəbul etdirdiyi zəiflik dövrünün sonu kimi qiymətləndirilməlidir. Bundan sonra ordu öz doğru mövqeyində qərarlaşdı və tağut, korrupsiyaya uğramış Pəhləvi rejiminə aid olmaqdan çıxaraq xalqın isti qucağında yer aldı. Həqiqətən də ordu xalqın övladıdır və xalqın evlərindən doğur. Qısa müddət sonra ordu ABŞ-nin, Pəhləvi rejiminin qalıqlarının və parçalanmış İran istəyən separatçıların planları qarşısında dayanaraq qəhrəmanlıqlar göstərdi.
İslam ordusu bu gün də əvvəlki iki məcburi müharibədə olduğu kimi, aid olduğu suyu, torpağı və bayrağı cəsarətlə müdafiə edir, ilahi və xalq dəstəyinə arxalanaraq, sıx və möhkəm sıralarda, digər silahlı qüvvələrin mücahidləri ilə çiyin-çiyinə küfr və təcavüzkar cəbhəsinin iki ordusu ilə üz-üzə dayanaraq onların zəifliyini və rüsvayçılığını dünya ictimaiyyətinə nümayiş etdirir. Necə ki, onun pilotsuz uçuş aparatları ildırım kimi Amerika və sionist cinayətkarlarına zərbələr endirir, qəhrəman dəniz qüvvələri də düşmənlərə yeni məğlubiyyətlərin acısını dadızdırmağa hazırdır.
Digər tərəfdən, 18 aprel həm də yeganə dövrün böyük şəhid Rəhbərinin doğum günüdür; o şəxs ki, inqilabın ilk onilliyindən etibarən ordunun ləğvi ilə bağlı zərərli çağırışlara qarşı onun qorunması və daha sonra müxtəlif sahələrdə imkanlarının artırılması üçün ən çox səy göstərmişdir.
Şübhəsiz, ölkənin şərqindən qərbinə, şimalından cənubuna qədər keşiyində duran bu köklü xalq qurumunun müxtəlif imkanlarının inkişaf xətti daha da gücləndirilməli və Allahın izni ilə yaxın perspektivdə bunun reallaşması üçün zəruri tədbirlər görüləcəkdir.
Bu yolda son beş onillikdə ordunu idarə etmiş və istiqamətləndirmiş nəsillərin qəhrəman simalarına diqqət yetirmək – onların bir çoxunun şəhidlər sırasına qoşulduğunu nəzərə alaraq – silahlı qüvvələrin bütün bölmələri üçün ibrət və ilham mənbəyidir. Qərəni, Fəllahi, Namcu, Fəkuri, Babayi, Səttari, Ərdistani və Səyyad Şirazi kimi şəxsiyyətlərdən tutmuş son şəhidlər Seyid Əbdürrəhim Musəvi və Əziz Nəsirzadəyədək.
Uca Allahın salamı və rəhməti İran İslam Respublikası Ordusunun bütün mücahidlərinə – onun generalları və komandirlərindən tutmuş səssiz və adsız əsgərlərinə qədər – olsun. Həmçinin onun bütün fədakarlarına və qazilərinə salam olsun və Amerika və sionist rejimin İran xalqına qarşı apardığı məcburi müharibənin bütün şəhidlərinin hörmətli ailələrinə xüsusi ilahi rəhmət diləyirəm.
Vəssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.
Sizin rəyiniz