Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: BMT İnsan Hüquqları Şurası ötən həftə İsrail tərəfindən Livanda həyata keçirilən bombardmanı “qanunsuz təcavüz və kor-koranə bombardman” kimi qiymətləndirərək pisləyib.
BMT İnsan Hüquqları Şurasının ekspertləri çərşənbə günü yaydıqları bəyanatda ABŞ və İran arasında atəşkəsdən sonra baş verən hücumlara toxunaraq vurğulayıblar: “Bu, özünümüdafiə deyil. Bu, BMT Nizamnaməsinin açıq pozuntusu, sülh perspektivlərinin qəsdən məhv edilməsi və çoxtərəfliliyə, eləcə də BMT əsaslı beynəlxalq nizama təhqirdir.”
Sizin rəyiniz