Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Prezident İran hökumətinin xalqa səmimi xidmət göstərmək əzmindən danışaraq bildirib: Məktəb və universitetlərin hədəf alınması ölkənin inkişafını dayandırmağa yönəlib. Onun sözlərinə görə, müəllimlər şagirdləri abad və inkişaf etmiş İranın qurulmasına istiqamətləndirməlidirlər.
Məsud Pezeşkian Təhsil Nazirliyində keçirdiyi monitorinq və baxış zamanı nazir və nazirliyin rəhbər heyəti ilə görüşdə müəllim və məktəb rəhbərlərinin 40 günlük müharibə dövründə tədrisin davam etdirilməsi istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. O vurğulayıb: Təhsil ölkənin dayanıqlı inkişafının əsas təməllərindən biridir və təhsil-tərbiyə sisteminə ciddi diqqət göstərilmədən hər hansı islahatın davamlı olması mümkün deyil.
Prezident əlavə edib ki, İranın müxtəlif sahələrdə irəliləyiş əldə etməsi ilə bağlı narahatlıq ölkəyə qarşı düşmənçiliklərin əsas səbəblərindən biridir. Pezeşkian qeyd edib ki, İranın inkişafı və güclənməsi bəzi dairələri narahat edir və buna görə də elm, məktəb və universitetlər hədəfə çevrilir.
Sizin rəyiniz