Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Şəhid Əli Laricaninin övladı dedi: Şəhid doktor Laricani tam agahlıqla və şəhid olacağını bilə-bilə bu yola addım atdı.
İRNA-nın məlumatına görə, şəhid Əli Laricaninin övladı Hüccətül-islam Məhəmmədrza Laricani şənbə axşamı Sari şəhərində "İmam Hüseyn (ə) ayini" meydanında doktor Əli Laricaninin şəhadətinin qırxıncı günü mərasimində bildirib: İran xalqı tarixi günlər və gecələrə şahid olur.
O vurğuladı: Şəhid Rəhbərin şəhadəti ilə hamımız əzadar olduq və bundan sonra bütün İran xalqı Minab məktəbinin şəhidlərinin matəmini yaşadı və eyni zamanda adi insanların həyatını itirməsinin də şahidi olduq.
Hüccətül-islam Məhəmmədrza Laricani əlavə edib: Təcavüzkarların cinayətləri bizi kədərə qərq etməməlidir, əksinə şəhidlərin yolunu davam etdirməliyik.
Sizin rəyiniz