Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Onuncu İmam, Həzrəti Əliyyən Nəqi (əleyhi səlam) ilə On birinci İmam, Həzrəti Həsən Əskərinin (əleyhi səlam) müqəddəs hərəmlərində muzey təşkil olunur. Artıq muzeyə ilk qədim tarixi əsərləri yerləşdirmə işləri başlayıb. Belə ki, Səfəvi dövrünə aid olan və 2006-cı ildə ABŞ və sionist qüvvələrin planları əsasında hərəm daxilində həyata keçirilən partlayış nəticəsində ciddi xəsarət almış 840 yaşı olan Sərdabə pəncərəsi, Həzrəti Əbülfəzlil Abbasın hərəminin nəzarəti altında emalatxanada təmir olunaraq muzeydə yerləşdirilib.
Sizin rəyiniz