Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəhudilər tərəfindən işğal olunmuş Fələstin ərazilərindəki sionist rejimin hesablamaları göstərir ki, İranla müharibənin nəticələri sionist rejimin Fars körfəzindəki ərəb ölkələri ilə münasibətlərini normallaşdırmaq şanslarını zəiflədib və bu ölkələrin İran və Türkiyəyə yaxınlaşması gözlənilir.
İvrit dilində nəşr olunan Yediot Aharonot qəzetində dərc olunan xəbərdə deyilir ki, yüksək vəzifəli sionist rəsmilərinin qiymətləndirməsinə əsasən, İranla müharibənin nəticələri, ən azı hazırki vəziyyətdə, İsrail ilə ərəb ölkələri arasında münasibətlərin normallaşması və ittifaq yaradılması ehtimalını azaltmışdır.
Bu qiymətləndirmələrə görə, İranla müharibədən sonrakı yekun nəticə göstərir ki, Fars körfəzindəki ərəb ölkələri hazırkı mərhələdə İran və Türkiyəyə daha çox meyl edə bilərlər; siyasi yaxınlaşmadan deyil, real mülahizələr və təhlükəsizlik zərurətləri səbəbindən.
Sizin rəyiniz