9 aprel 2026 - 13:56
Source: IRNA
Qalibaf səsləndi: Razılaşdırılmış çərçivənin 3 əsas bəndi pozulduqdan sonra atəşkəs və danışıqlar mənasızdır

Qalibaf səsləndi: Razılaşdırılmış çərçivənin 3 əsas bəndi pozulduqdan sonra atəşkəs və danışıqlar mənasızdır

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam Şurası Məclisinin sədri xəbərdarlıq edib ki, Livana hücum, İranın hava məkanının pozulması və uranın zənginləşdirilməsi hüququnun inkarı razılaşdırılmış çərçivənin üç əsas bəndinin pozulmasıdır.

Parlament sədri doktor Qalibaf danışıqlar başlamazdan əvvəl İranın on bəndlik planının (razılaşdırılmış çərçivə) üç əsas bəndinin pozulması ilə bağlı bəyanatında bildirib ki, biz əvvəldən bu prosesi etimadsızlıqla izləyirdik və gözlənildiyi kimi, ABŞ bu dəfə də danışıqlar başlamazdan əvvəl öz öhdəliklərini pozdu.

O qeyd edib ki, ABŞ prezidenti açıq şəkildə bəyan etdiyi kimi, İran İslam Respublikasının on bəndlik planı bu danışıqlar üçün işlək əsas və baza çərçivəsi hesab olunur. Lakin bu ana qədər həmin təklifin üç bəndi pozulub:

1. On bəndlik planın Livanda atəşkəslə bağlı birinci bəndinə əməl edilməməsi — Pakistanın baş naziri Şahbaz Şərif də bunu açıq şəkildə qeyd edərək “hər yerdə, o cümlədən Livanda və digər bölgələrdə dərhal qüvvəyə minən təcili atəşkəs” kimi bəyan etmişdi;

2. İranın hava məkanına daxil olan təcavüzkar pilotsuz uçuş aparatının Fars vilayətinin Lar şəhərində məhv edilməsi — bu, İranın hava məkanına hər hansı yeni müdaxilənin qadağan edilməsini nəzərdə tutan bəndin açıq şəkildə pozulmasıdır;

3. İranın uranı zənginləşdirmək hüququnun qəbul edilməsinin inkarı — bu isə çərçivənin altıncı bəndi idi.   

İran parlamentinin sədri vurğulayıb ki, “danışıqlar üçün əsas çərçivə” ilə bağlı danışıqlar başlamazdan əvvəl belə onun üç əsas bəndi açıq şəkildə pozulub.

Belə bir şəraitdə nə qarşılıqlı atəşkəsin, nə də danışıqların hər hansı mənası qalır.

Sizin rəyiniz

You are replying to: .
captcha