Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran Prezidenti Məsud Pezeşkian ABŞ prezidentinin yanvar ayı etirazları zamanı 32 min nəfərin qətlə yetirilməsi ilə bağlı səsləndirdiyi iddiaları “əsassız” adlandıraraq bildirib: Hökumət həlak olanların rəsmi statistikasını onların milli identifikasiya nömrələri əsasında açıqlayıb. Kim sayın bundan artıq olduğunu iddia edirsə, iddiasını sənədlə təqdim etsin.
Prezident Mazandaran vilayətinə səfərinin ikinci günü vilayətin Planlaşdırma və İnkişaf Şurasının iclasında çıxışı zamanı bildirib ki, bir çox ölkələrdə polisə qarşı zorakılıq halları dərhal və sərt reaksiya ilə qarşılanır.
İranda isə bəzi şəxslər hüquq-mühafizə, təhlükəsizlik və Bəsic (Könüllü) qüvvələrinin əməkdaşlarını qətlə yetirir və ya ictimai əmlakı yandırır, daha sonra isə İranı terrorizmdə ittiham edirlər. Halbuki biz özümüz terrorun qurbanıyıq”, – deyə o vurğulayıb.
Prezidentin sözlərinə görə, həlak olanların 2 mindən çoxu “şəhid” statusundadır. Onlardan 300–400 nəfəri təhlükəsizlik qüvvələrinin əməkdaşları olub və ölkənin təhlükəsizliyini müdafiə edərkən həyatını itirib.
Sizin rəyiniz