Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Yəmənin “Ənsarullah” hərəkatındakı bir mənbə ABŞ-nin hər hansı mümkün hücumuna qarşı hazırlıq səviyyəsinin artırıldığını bildirib.
Mənbənin sözlərinə görə, Ənsarullahın hazırlığı həm hərbi, həm də qeyri-hərbi sahələri əhatə edir. Bu çərçivədə ehtimal olunan hücuma cavab üçün texnika və silahlar yerləşdirilib.
Bundan əlavə, fövqəladə planlar hazırlanıb ki, bunlara yaralıların xilas edilməsi üçün qüvvələrin səfərbər olunması, səhiyyə və təhlükəsizlik tədbirləri, eləcə də hər cür təcili tibbi vəziyyətə hazırlıq daxildir.
Sizin rəyiniz