Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Cenevrədə İran–ABŞ danışıqları ilə bağlı bildirib ki, Tehran nümayəndə heyəti açıq mövqe ilə prosesdə iştirak edir və artıq iki əsas istiqamət – sanksiyaların tam ləğvi və nüvə məsələsi üzrə detallı müzakirələrə başlanılıb.
İsmayıl Bəqayi bu açıqlamanı çərşənbə axşamı IRNA-nın ezam olunmuş müxbirinə verib.
Tehran–Vaşinqton arasında yeni birbaşa olmayan danışıqlar mərhələsi 17 Bəhmən 2026-cı il tarixində Maskatda start götürüb. Tərəflər mövqelərini və təkliflərini Oman XİN rəhbəri Seyid Bədr əl-Busəidi vasitəsilə bir-birinə ötürür.
İndiyədək hər iki tərəf danışıqların gedişini “müsbət” qiymətləndirib və prosesin davam etdirilməsində maraqlı olduqlarını bəyan ediblər.
Sizin rəyiniz