Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İslam İnqilabı Keşikçiləri Korpusunun mətbuat xidmətinin məlumatına görə, "Hörmüz boğazına Ağıllı Nəzarət” adlı kombinə edilmiş, real şəraitə yaxın və hədəfli hərbi təlim SEPAH Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi ilə strateji əhəmiyyətli Hörmüz boğazı bölgəsində keçirilir.
Təlim SEPAH-ın baş komandanı general-polkovnik Pakpurun birbaşa nəzarəti və sahə monitorinqi altında icra olunur.
Təlimin əsas məqsədləri sırasında SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin əməliyyat bölmələrinin döyüş hazırlığının yoxlanılması, təminat planlarının və mümkün təhlükəsizlik-hərbi təhdidlərə qarşı qarşılıqlı cavab ssenarilərinin nəzərdən keçirilməsi yer alır.
Eyni zamanda, İran İslam Respublikasının Fars körfəzi və Oman dənizindəki geosiyasi üstünlüklərindən ağıllı istifadə mexanizmlərinin məşq edilməsi də təlimin prioritet istiqamətlərindəndir.
Sizin rəyiniz