Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Havanadakı Niko Lopes neft emalı zavodunda böyük yanğın baş verib və havaya qara tüstü yayılıb.
Kuba dövlət mediası adanın paytaxtından görünən qatı tüstü görüntülərini nümayiş etdirib.
Kubanın Energetika və Mədən Nazirliyi yanğının artıq nəzarət altına alındığını və səbəbinin araşdırıldığını təsdiqləyib, hadisənin ölkənin üç neft emalı zavodundan birinə mümkün təsiri barədə əlavə məlumat verilməyib.
Sizin rəyiniz