10 fevral 2026 - 21:44
Source: IRNA
Prezident Pezeşkian Bütün İran Xalqını 22 Bəhmən Yürüşündə Yaxından İştirak Etməsinə Dəvət Etdi

Pezeşkian xalqı 22 Bəhmən yürüşünə dəvət etdi / İranın qorunması üçün “hamımız bir yerdəyik”

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: İran İslam Respublikasının Prezident bütün İran xalqını 22 Bəhmən (İslam İnqilabının qələbə çaldığı gün) yürüşündə kütləvi şəkildə iştirak etməyə dəvət etdi.

Prezident Doktor Pezeşkiyan qeyd edərək bildirdi: Bütün narahatlıqlara və problemlərə baxmayaraq, İranın qorunması məsələsi gündəmə gələndə “hamımız bir yerdəyik” mesajını dünyaya göstərməliyik.

Məsud Pezeşkian bu gün, çərşənbə axşamı – 10 fevral 2026-cı il tarixində, İslam İnqilabının qələbəsinin ildönümü ərəfəsində 22 Bəhmən yürüşündə fəal iştiraka çağırış edərək deyib: Ölkə hazırda həyati və taleyüklü bir mərhələdən keçir və düşmən milli birlik, həmrəylik və vəhdəti pozmağa çalışır.

Prezident vurğulayıb: Bütün çətinlik və problemlərə baxmayaraq, İranın qorunması naminə “hamımız bir yerdəyik” mesajını dünyaya çatdırmaq lazımdır.

Onun sözlərinə görə, bu problemləri demokratiya və insan haqları şüarları səsləndirən zalım qüvvələr yaradıblar və onlar öz mənfur məqsədlərini həyata keçirmək üçün müxtəlif yollarla İran xalqına təzyiqləri artırmağa çalışırlar.

Sizin rəyiniz

You are replying to: .
captcha