7 fevral 2026 - 15:30
Source: IRNA
İİR Neft Sənayesi istehsalında, ixracında və potensialın artırılmasında yeni rekordlar qırılır

İİR Neft Sənayesi istehsalında, ixracında və potensialın artırılmasında yeni rekordlar qırılır

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Son bir il yarım ərzində, xarici sanksiyalar və məhdudiyyətlərin davam etməsinə baxmayaraq, neft sənayesi daxili gücə, yataqların idarə olunmasına və insan resursları təcrübəsinə əsaslanaraq bu sənayenin istehsal, ixrac və potensialın inkişaf göstəricilərini yaxşılaşdıra və yeni rekordlar qıra bilib.

İRNA-nın məlumatına görə, bu yüksəliş trendin ilk əlamətləri 2025-ci ilin yanvar ayında Neft nazirinin İranın 10 illik neft ixracı rekordunun qırıldığını elan etməsi ilə gündəmə gəldi. Möhsün Paknejadın sözlərinə görə, bu nailiyyət sanksiyaları neytrallaşdırmaq üçün bir sıra məqsədyönlü tədbirlərin və neft sənayesi işçilərinin davamlı, gecə-gündüz səylərinin nəticəsi olub.

Bu yolu davam etdirən İran Milli Neft Şirkəti 14-cü hökumətin fəaliyyətinin ilk 175 günü ərzində əhəmiyyətli nəticələr əldə edib ki, ölkənin neft hasilatı gündə 75.000 barel artıb və eyni zamanda gündəlik xam qaz hasilatı rekordu 1.106 milyon kubmetr qeydə alınaraq qırılıb; İranın qaz sənayesi tarixində misli görünməmiş sayılan bir rəqəm.

Sizin rəyiniz

You are replying to: .
captcha